Duman "Qarabağ"ın rəqibinə mane oldu

Duman "Qarabağ"ın rəqibinə mane oldu

Ötən axşam Kipr çempionatında 11-ci tura APOEL - "Omoniya" derbisi ilə yekün vurulmalıydı.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasındakı rəqibinin oyunu yarımçıq dayandırılıb.

Buna güclü duman səbəb olub. Nikosiyanın GSP stadionunda baş tutan qarşılaşma 17-ci dəqiqəyə kimi davam edib. Baş hakim Vassilis Dimitriu komandaları paltardəyişmə otağına yollayıb və görmə qabiliyyətinin yaxşılaşacağına ümid edərək 20 dəqiqəlik fasilə təyin edib. “Hava təmizlənənə qədər içəri keçək. Heç kim görmür. Necə oynamalı? İçəri girək, heç bir risk etməyəcəyik" deyə matçın hakimi komandalara müraciət edib. Ancaq iyirmi dəqiqə ərzində vəziyyət daha da pisləşib və nəticədə matçın təxirə salındığı elan olunub. 

Duman "Qarabağ"ın rəqibinə mane oldu Məsələ burasındadır ki, görüşün nə vaxt baş tutacağı bəlli deyil. Çempionatın reqlamentinə əsasən, matç çərşənbə günü eyni dəqiqədən (17′) davam etdirilməlidir. Bununla belə, Kipr mətbuatı oyunun baş tutmasının bir aydan tez baş verməyəcəyini iddia edir. Buna səbəb Papa Fransisin Kiprə səfəri göstərilir. Paytaxt stadionunda dekabrın 3-də saat 10:00-da Papanın İlahi Liturgiya mərasimi planlaşdırılır. Artıq tədbirə 7 min bilet satılıb. Təşkilatçılar bu haqda elan verərək "nəzərdə tutulduğu kimi, matç çərşənbə günü keçirilə bilməz, sabahdan (bu gündən etibarən) Papa Fransisin Kipr səfərinin hazırlıqları başlayır və GSP boş olmayacaq" bildirilib.

"Omoniya"nın sıx qrafiki, Konfrans Liqası qrupunda iştirakı, eləcə də dekabrın 22-də keçiriləcək çempionat matçı təxirə salınmış oyunun 2021-ci ildə davam etdirilməsi üçün boş bir tarix qoymur. 

Qeyd edək ki, "Omoniya" ötən həftə Bakıda "Qarabağ"la qarşılaşıb və oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər