"Qarabağ"ın qol silahına Rumıniyadan təklif

"Qarabağ"ın qol silahına Rumıniyadan təklif
Dino Ndlovu "Qarabağ"dan ayrıla bilər. Fanat.Az xəbər verir ki, bu barədə Cənubi Afrika mediası məlumat yayıb. 
Bildirilir ki, Dino ilə Rumıniyanın ÇFR klubu maraqlanır. "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı forvard qışda Rumıniyaya üz tuta bilər.
Qeyd edək ki, Ndlovu "Qarabağ"a 2016-cı ilin yayında Cənubi Kiprin "Anortosis" klubundan keçib. O, Ağdam klubunun heyətində keçirdiyi 55 rəsmi oyunda 23 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər