Diniyevdən "Kəpəz" azarkeşlərinə üzücü xəbər

Diniyevdən "Kəpəz" azarkeşlərinə üzücü xəbər

Topaz Premyer Liqasının XXVII turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tam sağalmayıb. Fanat.Az xəbər verir ki, oyunun ilk yarısında zədələndiyindən əvəzlənən futbolçu müayinədən keçib. 

Klubun tibbi personalından rəsmi sayta verilən məlumata görə, Kərimin sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.  

Dünən hazırlıqda iştirak edə bilməyən yarımmüdafiəçi bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadı. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər