DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı çağırış edib. 

Fanat.Az xəbər verir ki, oyunla əlaqədar stadionun daxilində, ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda vurğulanıb.

Xatırladaq ki, "Qarabağ" - "Olimpiakos" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər