Dik Advokat DÇ-yə vəsiqə qazandırdığı yığmadan istefa verdi - SƏBƏB

Dik Advokat DÇ-yə vəsiqə qazandırdığı yığmadan istefa verdi - SƏBƏB

Niderlandlı mütəxəssis Dik Advokat Kurasao yığmasının baş məşqçisi vəzifəsindən ayrılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin milli komandasının mətbuat xidməti yayıb. 

Rəsmi açıqlamada bildirilib ki, 78 yaşlı mütəxəssis səhhətində problemlər yaranan qızına kömək etməyə diqqət yetirmək istəyir. 

Fred Rutten onun varisi təyin edilib.

Dik Advokat 2024-cü ildən bəri Kurasao millisinə rəhbərlik edir. 2025-ci ilin noyabr ayında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazandı və bu, ölkə tarixində ilk dəfə baş verdi. 

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər