Dieqo Qodin: "Qarabağ" güclü komandadı"

Dieqo Qodin: "Qarabağ" güclü komandadı"

"Çox çalışsaq da, qol vurmağı bacarmadıq. "Qarabağ"la Madriddəki oyunda qələbə qazanmalıyıq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko”nun müdafiəçisi Dieqo Qodin deyib.

 

Çempionlar Liqasının III turunda Bakıda "Qarabağ”la qolsuz bərabərliyə razılaşan Madrid komandasının uruqvaylı müdafiəçisi oyunu dəyərləndirib:

 

"Müdafiəni yara bilmədik. Vaxt daraldıqca gərginlik artdı. Bu üzdən oyun düzənimiz pozuldu və nəticədə qələbə qazanmaq mümkün olmadı. Rəqibin gücünü də vurğulamaq lazımdı. "Qarabağ" güclü komandadı. Maraqlı oyun dəsti-xətti var. Boşluqlardan məharətlə yararlanırdılar. Qrupdan çıxmaq istəyirik. Özümüzə inanmalı, yolumuza davam etməliyik". 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər