“Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, fransalı vinger bu gün Antalyada keçirilən Polşa “Rakuv”u ilə yoxlama matçının ikinci hissəsində meydana buraxılıb.
O, 25 nömrəli forma altında mübarizəyə qoşulub. “Qarabağ” hazırda ikinci hissəsi davam edən “Rakuv”la oyunda 0:2 hesabıyla məğlub olur.
Xatırladaq ki, Diakabi bu gün Ağdam klubu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Əli Sahib