Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

Yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdıran "Beşiktaş" klubu "Liverpul"un keçmiş forvardı Darvin Nunyesi rənglərinə bağlamaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Saşa Tavolyeri yayıb.

"Əl-Hilal" klubu ulduz futbolçunu icarə əsasında heyətinə qatmaq istəyən "qara qartallar"a keçid şərtləri barədə danışıqlar aparmaq üçün icazə verib.

Məlumata görə, oyunçu ilə şifahi razılığa gəlinib.

27 yaşlı hücumçu 2025/26 mövsümündə "Əl-Hilal"ın heyətində bütün yarışlarda 24 oyuna çıxıb və 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Uruqvaylı futbolçu daha əvvəl "Almeriya", "Benfika", "Liverpul" kimi klubların şərəfini qoruyub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər