Dani Kintana "Qarabağ"dan gedir? - AÇIQLAMA

Dani Kintana "Qarabağ"dan gedir? - AÇIQLAMA
"Bugünkü matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik. Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”. 
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirən "Qarabağ"ın futbolçusu Dani Kintana deyib.
Matçdakı yeganə qolu vuran ispan futbolçu komandadakı gələcəyi ilə bağlı da danışıb: "Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey aydın olacaq”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər