Dambrauskas heyətə 1 gün istirahət verdi

Dambrauskas heyətə 1 gün istirahət verdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində dünən "Orhus" ilə qarşılaşan "Sabah" səhər saatlarında Bakıya qayıdıb. 

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə baş məşqçi Valdas Dambrauskas komandaya bir günlük istirahət verib. 

Kollektiv bu gün səhər saatlarında Bakıya dönüb.

"Bayquşlar" sabahdan məşq hazırlığını bərpa edəcək. Heyətdə zədəli və cəzalı olmaması üzləri güldürür. Zədəli olduğu üçün adı iştirak ərizəsinə salınmayan Xəyal Əliyevi nəzərə almasaq, bütün futbolçular litvalı çalışdırıcının sərəncamında olacaq.

Qeyd edək ki, "bayquşlar" Danimarkada 1:2 hesabı ilə məğlub olub. Cavab matçı avqustun 11-də Masazırda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər