Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçusundan , 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 3-cü bəndində qeyd olunub.
Sənədin 4-cü bəndində isə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiriləcəyi bildirilib. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər