"Qarabağ"ın sabiq qapıçısı Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki insanlara qarşı törətdiyi terakta biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı qolkiper erməni terrorunu pisləyən paylaşım edib.
Da Silva "Instagram" səhifəsində "Gəncə üçün dua et” haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, da Silva 2018-2020-ci illərdə "Qarabağ"da çıxış edib.