Daçiya” – “Kəpəz” matçının hakimləri açıqlandı

Daçiya” – “Kəpəz” matçının hakimləri açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Daçiya” - “Kəpəz”  oyununun hakimləri açıqlanıb. 

Fanat.az xəbər verir ki, iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmanı Gürcüstan hakimləri idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Laşa Silaqava olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

19:00. “Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan)

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Speya (Moldova). “Speya” stadionu

İlk oyun – 0:0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər