DÇ-2027: Azərbaycan millisi Kosova yığmasına qarşı

DÇ-2027: Azərbaycan millisi Kosova yığmasına qarşı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə Kosovo yığması ilə qarşılaşacaq.

A qrupunun görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Üçüncü pillədə qərarlaşan millimizin, eləcə də Kosovonun 5 xalı var. Lider isə 8 xalla İsveçrədir. 2-ci yerdə qərarlaşan İrlandiyanın 6 xalı var.

Millimiz qrupdakı son iki oyuna 12 basketbolçu ilə hazırlaşır: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov , Ulaş Turqut, Sadettin Donat, Ercan Donat, Orxan Aydın, Donta Hall.

Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.

Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər