İyunun 11-də start götürən DÇ-2026 davam edir.
Fanat.Az xəbər verir ki, 3-cü tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
ABŞ-də təşkil olunacaq E qrupunun hər iki oyunu eyni vaxtda başlayacaq. Fil Dişi Sahili Kurasao ilə qarşılaşacaq. Almaniya isə Ekvadoru sınağa çəkəcək.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026 3-cü tur 25 iyun
E qrupu
00:00. Kürasao – Fil Dişi Sahili Baş hakim: Qlenn Nyüberq (İsveç). Filadelfiya (ABŞ). "Lincoln Financial Field" stadionu.
00:00. Ekvador – Almaniya Baş hakim: Tori Penso (ABŞ). İst-Ratherford (ABŞ). "MetLife Stadium".