DÇ-2026: Argentina millisi Misirlə qarşılaşır

DÇ-2026: Argentina millisi Misirlə qarşılaşır

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə yekun vurulacaq. 

Bugünkü görüşlərdə həm də son 1/4 final cütü müəyyənləşəcək.

Əvvəlcə ABŞ-nin Atlanta şəhərində Argentina və Misir milli komandaları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20.00-da üz-üzə gələcəklər. 

Lionel Messi və Məhəmməd Salah kimi superulduzların komandalarının duelindən qalib ayrılacaq tərəf növbəti mərhələdə İsveçrə - Kolumbiya cütünün güclüsü ilə qarşılaşacaq. Vankoverdə baş tutacaq bu matç gecəyarısı, saat 00:00-da başlayacaq.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026 1/8 final 7 iyul

20:00. Argentina - Misir Baş hakim: Fransua Leteksye (Fransa). Atlanta (ABŞ). "Mercedes-Benz Stadium".

00:00. İsveçrə - Kolumbiya Baş hakim: İvan Barton (Salvador). Vankuver (ABŞ). "BC Place"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər