Cud Bellinqem "Real Madrid"lə yeni müqavilə imzalayacaq

Cud Bellinqem "Real Madrid"lə yeni müqavilə imzalayacaq

İspaniyanın “Real Madrid” klubu yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə imzalamağa çox yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Nikolo Şira yayıb.

Məlumata görə, tərəflər arasında yeni sözləşmənin 2032-ci ilin yayına qədər qüvvədə olması gözlənilir.

23 yaşlı ingiltərəli futbolçunun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.

Qeyd edək ki, Bellinqem 2023-cü ildən “Real Madrid”in formasını geyinir. O, “Kral klubu”nun heyətində keçirdiyi 147 oyunda 49 dəfə fərqlənib və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər