Coşqun oynamadı, "Bandırmaspor" xal itirdi

Coşqun oynamadı, "Bandırmaspor" xal itirdi

Türkiyə 1-ci liqasında 16-cı turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" da növbəti oyununu keçirib.

"Gənclərbirliyi" ilə qarşılaşmada qapılara 4 qol vurulub - 2:2.    Azərbaycan yığmasının futbolçusu qırmızı vərəqə üzündən bu görüşdə forma geyinməyib.

Xal itirsə də, Bandırma təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdıraraq 32 xalla 1-ci pilləyə yüksəlib. Amma ikinci yerdə qərarlaşan "Kocaelispor" bir oyun az keçirib.

Qeyd edək ki, Diniyevin komandası dekabrın 22-də "Erokspor"un qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər