“Cəlilabad” pley-off şanslarını qorudu

“Cəlilabad” pley-off şanslarını qorudu

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 13-cü turunun növbəti oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, “Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.

Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.

Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.

13-cü turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) fevralın 4-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər