Caka ilə bağlı araşdırma başladıldı - SƏBƏB

Caka ilə bağlı araşdırma başladıldı - SƏBƏB

İsveçrə milli komandasının kapitanı Qranit Caka istintaqa cəlb edilib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Blick" yayıb.

Mənbənin məlumatına görə, Lüsern polisindən futbolçunun saxta koronavirus peyvənd sertifikatları əldə etməkdə ittiham olunduğu bildirilib. Cakanın nümayəndəsi Andreas Bantel bildirib ki, oyunçu hələlik açıqlama verməyəcək. O, əlavə edib ki, futbolçu "hakimiyyət orqanları ilə əməkdaşlığa tam və qeyd-şərtsiz hazırdır".

Hazırda İngiltərənin "Sanderlend" klubunda oynayan Caka 2021-ci ildə və 2022-ci ilin əvvəlində koronavirusa yoluxub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər