Burkina Fasodan olan futbolçunun durumu bəlli oldu - "Şamaxı"ya qarşı oynaya biləcək?

Burkina Fasodan olan futbolçunun durumu bəlli oldu - "Şamaxı"ya qarşı oynaya biləcək?

Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"nın qonağı olacaq "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Naxçıvan klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komanda səfər oyununa optimal heyətlə hazırlaşır.

4-cü turda "Qarabağ"la matçda zədələnərək əvəzlənən və ötən oyunda iştirak etməyən müdafiəçi İssuf Paro artıq sıraya dönüb. Baş məşqçi Cavid Hüseynov şans verəcəyi halda, Burkina Fasodan olan futbolçu Şamaxıda meydana çıxa biləcək. Heyətdə cəzalı futbolçu isə yoxdur. 

Qeyd edək ki, ilk 5 oyunda 2 xal qazanan əldə edən "Araz-Naxçıvan" qələbə həsrətindədir. 11-ci pillədə qərarlaşan "qırmızı-ağlar" uğursuz gedişata Şamaxıda son qoymaq əzmindədir.  

"Şamaxı" - "Araz-Naxçıvan" matçı sentyabrın 20-də keçiriləcək və saat 16:30-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər