Bundesliqada baş məşqçi istefası reallaşdı

Bundesliqada baş məşqçi istefası reallaşdı

"Maynts" klubu Yan Zivertin komandanın baş məşqçisi vəzifəsindən göndərildiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, klub qərarını səfərdə "Ştutqart"a 1:3 hesabı ilə uduzduqdan sonra verib. 

"Maynts" yeni məşqçisini çərşənbə axşamı təqdim edəcəyini vəd edir. 

Yan Zivert noyabr ayında əsas komandaya keçmişdi - o, buna qədər "Maynts"ın gənclər komandası ilə çalışıb. 

Onun Bundesliqa təmsilçisinin “sükanı arxasında” keçirilən 12 qarşılaşmada nəticəsi belə olub: 1 qələbə, 6 heç-heçə və 5 məğlubiyyət. 

Hazırda “Maynts” Almaniya çempionatının turnir cədvəlində sondan əvvəlki, 17-ci yerdədir. Komanda növbəti oyununu şənbə günü, fevralın 17-də evdə “Auqsburq”a qarşı keçirəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər