Bundesliqa: “Qarabağ”ın rəqibindən "quru sülh" 

Bundesliqa: “Qarabağ”ın rəqibindən "quru sülh" 

Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş reallaşıb.

“Union Berlin” evdə “Volfsburq”u yenib. “Bohum” - “Köln” matçında tərəflər qollu bərabərliyə razılaşıb. 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Frayburq” isə səfərdə “Hoffenhaym”la oyundan qolsuz heç-heçə ilə ayrılıb.

7 turdan sonra 17 xala malik “Union Berlin” vahid liderdir. Dortmund “Borussiya”sı 15 xalla 2-ci pillədə qərarlaşıb. “Frayburq” 14 xalla üçüncüdür. “Bayern” isə 12 xal toplaya bilib.

Bundesliqa

VII tur

 

18 sentyabr

Union Berlin – Volfsburq 2:0 Qollar: Sibaço, 54. Bekker, 77.

Bohum – Köln 1:1 Qollar: Şmits, 9-öz qapısına – Maina, 88.

Hoffenhaym – Frayburq 0:0

17 sentyabr

Auqsburq – Bayern Münhen 1:0 Qollar: Berişa, 59.

Bayer – Verder 1:1 Qollar: K.Dəmirbay, 57 – Velkoviç, 82.

Borussiya Dortmund – Şalke 1:0 Qollar: Mukoko, 79.

Ştutqart – Ayntraxt 1:3 Qollar: Tomas, 79 – Rode, 6. Kamada, 55. Yakiç, 88.

Borussiya Mönhenqladbah – Layptsiq 3:0 Qollar: Hofmann, 10; 35. Bensebaini, 53.

16 sentyabr

Maynts – Herta 1:1 Qollar: Kasi, 90+4 – Tusar, 30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər