Bundesliqa nəhəngi türk məşqçi ilə vidalaşdı - RƏSMİ

Bundesliqa nəhəngi türk məşqçi ilə vidalaşdı - RƏSMİ

Dortmund "Borussiya"sı komandanın baş məşqçisi Nuri Şahinlə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin yerinə “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Qaqın gətiriləcəyi gözlənilir.

Şahin 2024-cü ilin yayından "Borussiya"nı çalışdırırdı. Komanda hazırda 25 xalla Bundesliqa turnirində 10-cu yerdədir.

Bundan əlavə, Dortmund nəhəngi Çempionlar Liqasında 7 oyundan üçündə məğlub olaraq 13-cü yerdədir.  Komanda son oyununda "Bolonya"ya məğlub olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər