Bu gün Azərbaycan çempionu müəyyənləşəcək

Bu gün Azərbaycan çempionu müəyyənləşəcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər. Matç saat 19:30-da başlayacaq.

Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2. Qalib gələn kollektiv ölkə çempionu olacaq.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər