Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

“Mançester Yunayted” kapitanı Brunu Fernandeş klubun ona etdiyi yeni müqavilə təklifini qəbul etməyib.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Saşa Tavolyeri yayıb.

Məlumata görə, “Mançester Yunayted”in təklif etdiyi yeni müqavilədə portuqaliyalı yarımmüdafiəçinin illik maaşının cəmi 500 min avro artırılması nəzərdə tutulub. Bu isə futbolçunu müqaviləni yeniləməyə razı salmaq üçün kifayət etməyib.

Daha əvvəl Türkiyənin “Qalatasaray” klubunun 31 yaşlı futbolçu ilə maraqlandığı və ona illik 21 milyon avro maaş təklif etməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər