Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

Son mövsümün tapıntılarından olan Brahim Konatenin yeni klubu müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şamaxı"dan ayrılan fransalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının iddialı klubuna keçib.

29 yaşlı futbolçu karyerasını "Zirə"də davam etdirəcək. O, "qartallar"la artıq anlaşıb. 

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtilə Fransanın U-20 yığmasında çıxış edib. O, "Şamaxı"ya İsrailin “Hapoel" (Afula) klubundan gəlib.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər