"Zirə"nin hücumçusu Nelson Bonillanın mövsümün sonunda komandadan ayrılacağı istisna deyil. Azərbaycan Premyer Liqasının bombardiri karyerasını Serbiyada davam etdirə bilər.
Fanat.az sport7.az-a istinadən xəbər verir ki, salvadorlu forvardın xidmətindən "Partizan" klubu maraqlıdı. Belqrad təmsilçisinin Azərbaycan çempionatında vurduğu 14 qolla diqqət mərkəzinə düşən 26 yaşlı futbolçuya etdiyi təklif də cazibdi. Belə ki, klub rəhbərliyi bu transferi reallaşdırmaq üçün 300 min avronu gözə alıb. Əslində, Bonillanın "Zirə" ilə müqaviləsinin müddəti başa çatmaq üzrədi. Klub hücumçunu razı salıb, yenidən sözləşmənin müddətini artırsa, "Partizan"dan 300 min avronu (512610 AZN) transfer haqqı kimi ala bilər. Əks halda bu keçid serblərə düşündüklərindən də ucuz başa gələcək.
Qeyd edək ki, Bonillanın "Zirə"dəki 1 aylıq maaşı 5 min dollardı.
Fanat.az