Bolqarıstanlı futbolçu Simeon Slavçev "Qarabağ"la bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "7/8" telekanalına açıqlama verən 27 yaşlı yarımmüdafiəçi Ağdam klubundan getməsinin səbəbini açıqlayıb.
Slavçev bildirib ki, "Levski"dən təklif alanda "Qarabağ"ın təklif etdiyi böyük pullardan imtina edib: "Levski"dən təklif gələndə "Qarabağ"la müqaviləm davam edirdi. Burada öz arzumu gerçəkləşdirmək istəyirdim. Zədə ilə bağlı problem yarananda rəhbərliyə dedim ki, istənilən məbləğə burada qalmağa hazıram. Amma komandama kömək edə bilməmək mənim üçün ağırdı".
Qeyd edək ki, Slavçev 2018/19 mövsümündə "Qarabağ"ın formasını geyinib. Ağdam klubunun heyətində 31 oyuna çıxan futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Bolqar futbolçu vətənində "Liteks", "Çavdar", "Levski", Portuqaliyada "Sportinq", İngiltərədə "Bolton", Cənubi Kiprdə "Apollon" və Polşada "Lexia" klublarında çıxış edib, Bolqarıstanın əsas millisində 25 oyun keçirib.