Blanko "Lənkəran" üzərində qələbəni şərh etdi

Blanko "Lənkəran" üzərində qələbəni şərh etdi

"Ordu"nun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının XIX turunda "Lənkəran"a qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, o, qazandıqları qələbəni belə dəyərləndirib:

"Matçın əvvəli bərabər səviyyədə keçsə də, boyük fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik. Rəqibə qarşı pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq".

Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər