Birinci Liqada püşkatma mərasimin vaxtı bilindi

Birinci Liqada püşkatma mərasimin vaxtı bilindi

Azərbaycan 1-ci Liqasında növbəti mövsüm üçün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir avqustun 4-də baş tutacaq.

Peşəkar Futbol Liqasının binasında reallaşacaq püşkatma mərasimi saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan 1-ci Liqası 3 sentyabrda start götürəcək. Çempionatda ötən mövsümün 8 iştirakçısı - "Baku Sportinq", "Cəbrayıl" (adının dəyişərək "Gəncəbasar" olacağı gözlənilir), "Mingəçevir", MOİK, "Səbail", "Şahdağ Qusar", "Şimal" və "Zaqatala", o cümlədən Premyer Liqadan düşən" "Karvan-Yevlax" ilə 2-ci Liqadan yüksələn "Xankəndi" komandaları mübarizə aparacaqlar. 

2025/2026 mövsümündə Azərbaycan 1-ci Liqasında çempion olan "Şəfa" Premyer Liqada mübarizə aparacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər