Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

Almaniya millisinin keçmiş müdafiəçisi Niklas Süle peşəkar karyerasını bitirdikdən üç ay sonra yenidən yaşıl meydana qayıdıb.

Fanat.Az xəbər verir ki, o, doqquzuncu divizion təmsilçisi "Tifenbax" komandasında ilk oyununu keçirib. 

Ulduz futbolçu yeni komandasında qol vuraraq debüt etsə də, 2:7 hesablı ağır məğlubiyyətə üzülüb. 

Süle əvvəllər "Hoffenhaym", "Bayern Münhen" və "Borussiya Dortmund" klublarında oynayıb. Münhen klubu ilə beş dəfə Bundesliqanı, iki dəfə Almaniya Kubokunu, dörd dəfə Almaniya Super Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər