"Beşiktaş"ın sabiq baş məşqçisi "Qarabağ"da

"Beşiktaş"ın sabiq baş məşqçisi "Qarabağ"da
"Qarabağ” uşaq futbol akademiyasına daha bir türk məşqçi gətirib.
Fanat.Az İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, Öndər Karaveli klubun aşağı yaş qrupları üzrə koordinatorunun köməkçisi vəzifəsinə gətirilib. 
45 yaşlı Öndər Karaveli daha öncə "Beşiktaş” və "Başakşehir”in U-21 komandalarında baş məşqçi işləyib. O, son olaraq "Başakşəhər”in U-19 komandasını çalışdırıb.
Qeyd edək ki, "Qarabağ"ın akademiyasının baş məşqçisi türkiyəli Tacəddin Doğandı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər