Berdiyev açılış oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

Berdiyev açılış oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz" doğma meydanda "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "boz qurd"ların sözçüsü Süleyman Tağıyev bildirib.

Komandada cəzalı oyunçular yoxdur. Zədəlilərə gəlincə, baş məşqçi Kurban Berdiyev 2 futbolçunun xidmətindən məhrumdur. Belə ki, o, Denis Marandiçi və Roderik Milleri "radarlar"a qarşı görüşdə oynada bilməyəcək.

Qeyd edək ki, tərəflər arasında mövsümün açılış oyunu bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər