BBC-nin Türkiyə bürosu "Qarabağ"la bağlı geniş yazı hazırlayıb. Fanat.Az xəbər verir ki, klubun Ermənistanın işğal rayonu təmsil etdiyi vurğulanan yazıda bir çox maraqlı məqamlara toxunulub. Yazını olduğu kimi təqdim edirik:
"UEFA Çempionlar Liqasının "play-off" mərhələsində rəqibi "Kopenhagen"i mübarizədən kənarlaşdıran "Qarabağ" turnirdə qrupa vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. Ermənistan Dağlıq Qarabağı 1993-cü ildə işğal etdiyi üçün "Qarabağ" oyunlarını paytaxt Bakıda keçirir.
23 iyul 1951-ci ildə, Azərbaycanın Qarabağ bölgəsindəki Ağdam şəhərində yaradılan və əsl adı "Qarabağ Ağdam" olan klub ilk dəfə Sofet İttifaqı dönüməində - 1966-cı ildə yerli liqada mübarizə aparıb.
1968-1976-ci illər aralığında maddi problemlərə görə çempionatda iştirak etməyib. 1977-ci ildə "Şəfəq" adı ilə yenidən yerli liqada mübarizə aparmağa başlayıb. 1988-ci ildə ilk dəfə Azərbaycanın yerli çempionatında çempionluğu qazanıb.
SSRİ dağıldıqdan sonra Azərbaycanın ilk milli çempionatı 1992-ci ildə keçirilib. "Qarabağ" bir ilk sonra Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub.
Ağdamın qüruru
Ağdam xalqının qüruru olan "Qarabağ"ın bu uğuru eyni zamanda Azərbaycanda ilk dəfə paytaxt Bakı xaricində bir klubun çempionluğu anlamını daşıyırdı. Ancaq müharibə həm klubun, həm də Ağdam xalqının xoşbəxtliyinə kölgə saldı.
1993-cü ildə Ermənistanın Dağlıq Qarabağı işğalı zamanı klubun oyunlarını keçirdiyi "İmarət" stadionu bombardmanlardan sonra yararsız hala düşdü. Meydançasız qalan klub eyni zamanda bütün qaynaqlarını da itirdi və Ağdam şəhərindən Bakıya köçməyə məcbur oldu.
Bu vəziyyət komandanın ləqəblərində də gözünü göstərdi: Qaçqınlar, Atlılar.

Serpil Həmdi Tüzün klubda işləyib
1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində baş verən maliyyə böhranı kluba ciddi şəkildə təsir etdi. Buna rəğmən "Qarabağ" 1999-cu ildə UEFA İntertoto Kubokunda İsrailin "Makkabi" (Hayfa) klubunu mübarizədən kənarlaşdırdı və avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan klubu oldu.
2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən böyük bir şirkətin ("Azərsun Holdinq" nəzərdə tutulur) sponsor olmasından sonra hədəflərini böyüdən "Qarabağ" 2003/04 mövsümünü 3-cü pillədə başa vurdu.
Bu sponsorluğun başlamasından sonra klubun aşağı yaş qruplarına böyük önəm verildi. "Beşiktaş"ın akademiyasında Sergen Yalçın, Metin Tekin, Feyyaz Uçarı kəşf edən Serpil Hamdi Tüzünün uzun müddət klubda işləməsi də "Qarabağ"ın taleyini dəyişdi.
Klub aşağı yaş qruplarındakı zəhmətin meyvələrini 3 mövsümdü ardıcıl qazanlığı çempionluqlarla topladı.
2008-ci ildə azəri futbolçu Qurban Qurbanovun komandanın başına gətirilməsi ilə "Qarabağ" yüksəlişə başladı.

"Qafqazın Barselona"sı
2009/10 mövsümündə Avropa Liqasının təsnifat mərhələsində "Rusenborq" və "Honka"nı mübarizədən kənarlaşdırandan sonra kluba "Qafqazın Barselona"sı ləqəbə verildi. Qurban Qurbanovun əsasən azərbaycanlı futbolçularla oynatdığı oyun hər kəsin alqışına səbəb oldu.
Son çempionluğunu 1992/93 mövsümündə qazanan "Qarabağ" 2013/14 mövsümündə - 21 il fasilədən sonra qazandı və Bakı klublarının hakimiyyətinə son qoydu.
2009-2015-ci illər aralığında 4 mövsüm Avropa Liqasının təsnifat mərhələlərində mübarizə aparan "Qarabağ" 2014/15 mövsümündə Hollandiya təmsilçisi "Tvente"ni mübarizədən kənarlaşdırdı və "Neftçi"dən sonra Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan komandası oldu.
Qrup mərhələsini 6 xalla başa vuran "Qarabağ" 23 oktyabr 2014-cü ildə səfərdə "Dnepr"i yenərək Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi oldu.
Ermənistanın Dağlıq Qarabağı işğal etməsindənr sonra oyunlarını Ağdam əvəzinə başqa yerlərdə keçirən "Qarabağ"ı 2008-ci ildən Qurban Qurbanov çalışdırır. "Qarabağ" çempionat oyunlarını "Azərsun Arena"da, avrokubok matçlarını Tofiq Bəhramov adına Respuboika stadionunda keçirir.
Ən az büdcəli komanda
Heyətində İspaniyadan iki, Haiti, Braziliya, Makedoniya (Müəllif burda səhvə yol verir. Hazırda "Qarabağ"da Makedoniyadan futbolçu yoxdu. Onun əvəzində "Qarabağ"da Albaniya millisinin kapitanı Ansi Aqolli çıxış kdir - red.), Ukrayna, Bosniya və Hersoqovina, Polşa və CAR-dan bir futbolçu olan "Qarabağ" 12 milyon 28 min avroluq heyəti ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 32 klub arasında ən az büdcəsi olan komandadı.
"Qarabağ"ın ləqəbləri arasında ən köhnəsi "Atlılar"dı. Ləqəb Qarabağ atları ilə bağlıdı. İngiltərədə hazırlanan klub loqosunda iki at şəkili var.
Baş verənlərdən sonra klub azarkeşlərinin gözündə əfsanəyə çevirilib. Çünki "Qarabağ" Ermənistanın işğal etdiyi və artıq Azərbaycanın nəzarətində olmayan bir bölgəni təmsil edir, Ağdamda yaşayanlar "Qarabağ"ın uğurları ilə böyük xoşbəxtlik yaşayır.
Fanat.Az