Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün "Qarabağ”ın qonağı olacaq BATE-nin Belarus Kubokundakı oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Borisov təmsilçisinin 1/8 finaldakı rəqibi "Qorodeya” klubu rəsmi məlumat yayıb. Avqustun 11-də baş tutmalı olan qarşılaşma başqa tarixdə keçiriləcək.
Dəyişikliyə səbəb BATE-nin avqustun 14-də evdə "Qarabağ”la qarşılaşması olub.
Fanat.Az