BATE-nin baş məşqçisi "Qarabağ"dan danışdı

BATE-nin baş məşqçisi "Qarabağ"dan danışdı

BATE-nin çalışdırıcısı Aleksey Baqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri "Qarabağ”la oyunlar haqda danışıb.

 

 

Fanat.Az "azerisport.com”a istinadən xəbər verir ki, mütəxəssis belə deyib:

 

 

"Özümüzü və başqalarını aldatmamaq üçün Helsinkidəki oyun bitənə qədər digər mərhələ haqda düşünmürdük. Buna görə də, rəqib haqda dəqiq informasiya toplamamışıq. Əminəm ki, "Qarabağ” ciddi rəqibdi. Ötən il Çempionlar Liqasının qrupunda oynadıqlarını bilirəm. Yəqin, Bakıda dolu tribunalar qarşısında oynamalı olacağıq. Azərbaycan çempionuyla oyunun hazırlığına demək olar ki, HİK-lə səfər matçının final fitindən dərhal sonra başlamışıq. Vaxtımız azdı. Birinci görüşün Bakıda keçirilməsini fakt kimi qəbul edirik. Qarşı tərəfi öyrənəcək və oyunu necə quracağımızla bağlı qərar verəcəyik”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər