Basketbol Liqası: Liderlərdən növbəti qələbə

Basketbol Liqası: Liderlərdən növbəti qələbə

Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış oyununda NTD "AAAF Xırdalan"ı yenib - 99:97.

Digər görüşdə isə "Neftçi" "Olimpik Şəki"yə 73:76 hesabı ilə məğlub olub.

Oyunların hər ikisi “Sərhədçi” İdman Mərkəzinin idman zalında baş tutub.

Liqanın turnir cədvəlinin zirvəsində 8 xalı olan NTD qərarlaşıb. 6 xala malik "Gəncə" ikincidir. Hərəyə 5 xal toplayan "Sabah", "Neftçi" və "Xırdalan" 3-5-ci yerləri bölüşdürür. 4 xalı olan "Sərhədçi" və "Olimpik" (hərəyə 4 xal) uyğun olaraq, 6 və 7-ci pillələrdə mövqe tutublarsa, "Zirvə (3xal) sonuncudur. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər