Baş məşqçi "Qarabağ"a görə tamaşaçıları məşqdən çıxardı

Baş məşqçi "Qarabağ"a görə tamaşaçıları məşqdən çıxardı
Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 10-da Trinada "Qarabağ"la qarşılaşacaq "Partizani"nin dünənki məşqində maraqlı hadisə baş verib.
 
Fanat.Az xəbər verir ki, Albaniya mətbuatı komandanın baş məşqçisi Franko Lerda "Kamza" stadionundakı hazırlığın son hissəssində arenada olan azarkeşlər və mətbuat nümayəndələrinin hamısının çölə çıxarılmasını tələb edib.
 
Alban həmkarlarımız italiyalı mütəxəssisin "Qarabağ" nümayəndələrinin stadionda ola biləcəyindən və "Partizani" ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atdığını iddia edir.
"Partizani" - "Qarabağ" oyunu iyulun 10-da "Selman Stermasi" stadionunda Bakı vaxtı ilə 19:30-da keçiriləcək. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər