Bakı təmsilçisi 2-ci Liqanın debütantı ilə qarşılaşacaq

Bakı təmsilçisi 2-ci Liqanın debütantı ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən 1-ci Liqa təmsilçisi "Baku Sportinq" həftəiçi yoxlama oyununda qüvvəsini sınayacaq. 

Fanat.Az-ın məlumatına görə, avqustun 1-dən bir araya gələn Buzovna komandası 2-ci Liqanın debütantı "Marafon"la üz-üzə gələcək.

Avqustun 13-də baş tutacaq sınaq matçı Buzovna qəsəbə stadionunda keçiriləcək və saat 10:00-da start götürəcək.

Xatırladaq ki, "Baku Sportinq" son mövsümü 4-cü yerdə başa vurub. Paytaxt təmsilçisinin çalışdırıcısı Röyal Nəcəfov çempionat başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər