Bakı klubu "Braqa"nın hücumçusu ilə gücləndi

Bakı klubu "Braqa"nın hücumçusu ilə gücləndi

Növbəti mövsüm qarşısına Premyer Liqaya yüksəlməyi hədəf qoyan "Səbail" növbəti transferini reallaşdırmaq üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu portuqaliyalı hücumçu ilə anlaşıb. 

Söhbət "Braqa"nın "B" komandasının kapitanı Yan Saiddən gedir. 23 yaşlı mərkəz hücumçusu artıq Bakıdadır. Futbolçu tibbi müayinədən keçdikdən sonra keçidi rəsmən açıqlanacaq.

Tam adı Yan De Vasconcelos Said olan forvard "Braqa"nın yetirməsidir. O, "Braqa B"də kapitan sarğısını daşıyıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər