Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat aldı

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər