Azərbaycanın U-13 basketbol millisi Ankarada hazırlıq keçdi

Azərbaycanın U-13 basketbol millisi Ankarada hazırlıq keçdi

Azərbaycanın 13 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak edib.

Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub.

Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.

Qeyd edək ki, U-13 yığması 2028-ci ildən beynəlxalq yarışlarda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər