Azərbaycanın milliləri İstanbul toplanışını başa vurdular

Azərbaycanın milliləri İstanbul toplanışını başa vurdular

Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 və U-18 yığmaları yekun yoxlama oyunlarını keçiriblər.

Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçını 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.

Qeydə alınmış hesablar:

"Beykoz KBBL" U-18 - Azərbaycan U-18 (55-69) "Eyül Belediyesi" U-18 - Azərbaycan U-18 (59-78) "Leventspor" U-15 - Azərbaycan U-16 (50-68) "Eyüp Belediyesi" U-16 - Azərbaycan U-16 (46-71) "Şimali Kipr Levent" U-16 - Azerbaycan U-16 (76-51)

Komandalar İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər