Azərbaycanın basketbol yığması Avropa beşincisi oldu

Azərbaycanın basketbol yığması Avropa beşincisi oldu

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının "C" divizionunda 5-ci olub.

Fanat.Az-ın məlumatına görə, 5-9-cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma "Sərhədçi" İdman Mərkəzində San Marino ilə qarşılaşıb və rəqibinə 69:63 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər