Azərbaycanın basketbol hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər

Azərbaycanın basketbol hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər

Azərbaycan Basketbol Federasiyasının (ABF) beynəlxalq dərəcəli hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər.

Fanat.Az ABF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq, yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.

Test FIBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər