Azərbaycanın 3x3 qadın basketbol yığması Dünya Kubokunda Çexiyaya qalib gəlib

Azərbaycanın 3x3 qadın basketbol yığması Dünya Kubokunda Çexiyaya qalib gəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər