Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində ilk oyun günü yekunlaşıb.

Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən həm kişi, həm də qadın milli komandası yarımfinala vəsiqə qazanıb.

Kişilərdən ibarət kollektiv qrup mərhələsində Albaniyaya uduzsa da (20:21), Malta (18:16) və San Marinonu (21:20) məğlub edib.

Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.

Kişilərdən ibarət milli sabah yarımfinalda Kiprlə, qadınlar isə Kosovo ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər