Azərbaycan yığması rüsvayçı hesabla uduzdu

Azərbaycan yığması rüsvayçı hesabla uduzdu

Bu gün Azərbaycanın qadınlardan ibarət basketbol millisi AÇ-2027-nin seçmə mərhələsində ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, E qrupunda yer alan təmsilçimiz Bolqarıstanı qəbul edib. 

Oyun 15:00-da başlayıb. Təmsilçimiz öz meydanında rüsvayçı hesabla uduzub.

Azərbaycan - Bolqarıstan 48:141 (15:30, 12:26, 12:48, 9:37) Bakı, İdman sarayı

Azərbaycan təmsilçisinin heyəti: Aylin Ələkbərzadə (2 xal), Leyla Allahverdiyeva (6), Deniz Kökçel (3), Mədinə Məmmədova, Angelina İsmayılova (2), Səlminaz Ramazanlı (8), Şilan Akbngel (2), Aylin Niftəliyeva (2), Sitarə Abbasova, Qalina Quşina, Aleksandra Mollenhauer (15), Polina Şukina (8).

Qeyd edək ki, turun digər matçında Monteneqro evdə Ukrayna ilə qarşılaşacaq. Bu görüş 22:00-da başlayacaq. Azərbaycan yığması növbəti oyununu noyabrın 15-də öz meydanında Monteneqroya qarşı keçirəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər