Azərbaycan yığması Kosovoda məğlub oldu

Azərbaycan yığması Kosovoda məğlub oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz bu görüşdə uduzaraq sonuncu pilləyə enib.

Yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin seçmə mərhələsi A qrupu 20 fevral

Kosovo – Azərbaycan – 81:79 (20:21, 23:20, 17:18, 21:20) Priştina. Gənclər və İdman Sarayı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər